Olimpiya Oyunları təxirə salındı - RƏSMİ

Olimpiya Oyunları təxirə salındı - RƏSMİ

Hazırda oxunan: Olimpiya Oyunları təxirə salındı - RƏSMİ

102570
 

Tokio-2020 Yay Olimpiya Oyunları təxirə salınıb.

 

Sfera.az xəbər verir ki, öncə Yaponiya höküməti və Beynəlxalq Olimpiya Komitəsi bu barədə açıqlama yayıb. Ölkənin baş naziri Abe Şinzo olimpiadanın bu şərtlər altında reallaşmayacağını deyib. O, koronavirus pandemiyasının geniş yayılması səbəbi ilə Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Baxla danışdığını və anlaşdıqlarını bildirib.

 

Baş nazir Tomas Baxla video-konfrans zamanı yarışın ən azı 1 il ertələndiyini söyləyib. Olimpiadanın ən azı 2021-ci ildə keçiriləcəyi ehtimal edilir. Yarışlar gələn il baş tutsa, Tokio-2020 adı ilə keçiriləcək.

 

Tokio-2020-nin iyulun 24-dən avqustunda 9-dək keçirilməsi planlaşdırılırdı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO