Çempionlar Liqasında qrup mərhələsinə yekun vuruldu – NƏTİCƏLƏR

Çempionlar Liqasında qrup mərhələsinə yekun vuruldu – NƏTİCƏLƏR

Hazırda oxunan: Çempionlar Liqasında qrup mərhələsinə yekun vuruldu – NƏTİCƏLƏR

102548

UEFA Çempionlar Liqasında qrup mərhələsinə yekun vurulub.

Bizim.Media xəbər verir ki, bununla da 1/8 final mərhələsinin bütün iştirakçıları və Avropa Liqasının pley-off mərhələsinə vəsiqə qazanan komandalar bəlli olub.

Son olaraq, E qrupunda İtaliyada Avstriya "Zaltsburq"unu 4:0 hesabı ilə darmadağın edən "Milan" adını növbəti raunda yazdırıb.

Beləliklə, İtaliyanın "Napoli", "Milan" və "İnter", İngiltərənin "Liverpul", "Mançester Siti", "Çelsi" və "Tottenhem", Almaniyanın "Bavariya", "Borussiya" (Dortmund), "Ayntraxt" (Frankfurt) və "Leyptsiq", İspaniyanın "Real Madrid", Fransanın PSJ, Belçikanın "Brügge", Portuqaliyanın "Benfika" və "Portu" komandaları pley-offa yüksəliblər.

Niderlandın "Ayaks", Almaniyanın "Bayer", İspaniyanın "Barselona" və "Sevilya", Portuqaliyanın "Sportinq" Avstriyanın "Zaltsburq", Ukraynanın "Şaxtyor" (Donetsk) və İtaliyanın "Yuventus" kollektivləri isə mübarizəni Avropa Liqasının 1/16 final mərhələsində davam etdirəcəklər.

Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi Xorvatiyanın "Dinamo" (Zaqreb) klubu isə İngiltərədə "Çelsi"yə 1:2 hesabı ilə uduzaraq, E qrupunu sonuncu pillədə başa vurub və avrokuboklarla vidalaşıb. 25 yaşlı forvard 70-ci dəqiqədə meydana daxil olsa da, komandasını məğlubiyyətdən xilas edə bilməyib.
 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO