Bu futbolçular

Bu futbolçular "Frayburq"a qarşı oynamayacaqlar

Hazırda oxunan: Bu futbolçular "Frayburq"a qarşı oynamayacaqlar

102514

"Qarabağ"ın zədəli futbolçuları Bədavi Hüseynov və Leandro Andrade Avropa liqasının qrup mərhələsinin 6-cı turunda "Frayburq"la (Almaniya) Bakıdakı matçı da buraxacaqlar. 

Bizim.Media xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Qurban Qurbanov məlumat verib.  

O, qarşılaşmadan əvvəl təşkil olunan mətbuat konfransında Bədavi ilə Leandronun görüşdə meydana çıxmayacağlarını, Qara Qarayevin oynayıb-oynamayacağının isə sabah bəlli olacağını deyib: 

"Bədavi oynaya bilməyəcək. Andradenin zədəsi davam edir. Hələ hazır deyil. Zədəsini yenilədi. Qara komanda ilə məşq etməyib, fərdi hazırlaşır. Sabah “23-lük”də olub-olmayacağı bilinəcək. İkisi oynamayacaq, Qara da sual altındadır". 
Qeyd edək ki, noyabrın 3-ü Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək "Qarabağ" - "Frayburq" görüşü saat 21:45-də başlayacaq. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO