Türkiyənin Konya şəhərində yeniyetmə və gənclər arasında dünya çempionatının son günündə komandamız daha bir qızıl medal qazanıb.
Yeniyetmə və gənclərdən ibarət yığma komandanın baş məşqçisi Anar Allahverdiyev Bizim.Media-ya bildirib ki, 18-20 yaşlı gənclər arasında Əminağa Quliyev (60 kiloqram) həlledici mərhələdə rəqibinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsində qərarlaşıb.
Bundan əvvəl gənclərin yarışında (16-17 yaş) Fərid Savadov (55 kiloqram) qızıl, Rəşid Süleymanov (68 kiloqram) və yeniyetmələrdə (14-15 yaş) İsmayıl Xamoyev (52 kiloqram) bürünc medala sahib olublar.
Beləliklə, 2 qızıl, 2 bürünc medala sahib olan yığmamız ümumi komanda hesabında 6-cı yeri tutub.
Qeyd edək ki,105 ölkədən 1861 idmançının qatıldığı turnirdə Azərbaycan 28 idmançı ilə təmsil olunub.
Bizim.Media
![](http://ssl.bizim.media/file/articles/2022/10/30/1667142809_photo_2022-10-30_19-11-45.jpg)
![](http://ssl.bizim.media/file/articles/2022/10/30/1667142773_photo_2022-10-30_19-11-43-2.jpg)