Cüdoçularımız Avropa çempionatının ikinci günü uğursuz çıxış etdilər

Cüdoçularımız Avropa çempionatının ikinci günü uğursuz çıxış etdilər

Hazırda oxunan: Cüdoçularımız Avropa çempionatının ikinci günü uğursuz çıxış etdilər

101850

Azərbaycan cüdoçuları Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda 23 yaşadək cüdoçular arasında Avropa çempionatının fərdi yarışında çıxışlarını başa vurublar.

Bizim.Media xəbər verir ki, qitə birinciliyinin ikinci günündə daha 5 Azərbaycan cüdoçusu mübarizəyə qoşulub.

Cüdoçulardan üçü - Məhərrəm İmamverdiyev (81 kq), İsmayıl Zamanov (90 kq) və Ruslan Nəsirli (100 kq) bürünc medal uğrunda həlledici görüşə qatılsa da, onların hamısı öz rəqiblərinə uduzaraq beşinci yerlə kifayətləniblər.
Azərbaycanın qadın cüdoçuları – Südabə Ağayeva və Nərmin Əmirli isə elə ilk görüşlərində mübarizəni başa vurublar.

Qeyd edək ki, yarışın ilk günündə Azərbaycan təmsilçilərindən Nazir Talıbov (60kq) qızıl, Kənan İsmayılov (60 kq) və Könül Əliyeva (48 kq) isə gümüş medal qazanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO