“Barselona” pley-off mərhələsinə çıxa bilmək şansını itirdi - NƏTİCƏLƏR

“Barselona” pley-off mərhələsinə çıxa bilmək şansını itirdi - NƏTİCƏLƏR

Hazırda oxunan: “Barselona” pley-off mərhələsinə çıxa bilmək şansını itirdi - NƏTİCƏLƏR

101359

İtaliyanın “İnter” komandasının futbolçuları UEFA Çempionlar Liqasının 5-ci turunda Çexiyanın “Viktoriya Plzen” klubunu 4:0 hesabı ilə məğlub edərək, pley-offa vəsiqəni təmin edib. Beləliklə, İspaniyanın “Barselona” klubu pley-off mərhələsinə çıxmaq şanslardan məhrum edilib.

Bizim.Media xarici mətbuata istinadla xəbər verir ki, Milanda keçirilən görüşdə “İnter”in heyətində qolları Henrix Mxitaryan (35 xal), Edin Djeko (42, 66), Romelu Lukaku (87) vurub. 

Bununla da "İnter" 10 xal toplayıb və C qrupunda ən azı ikinci yerini təmin edib.

İngiltərənin “Liverpul” klubu isə UEFA Çempionlar Liqasının qrup mərhələsinin başa çatmasına bir tur qalmış turnirin 1/8 finalına yüksəlib.


5-ci turda səfərdə "Liverpul" Niderlandın "Ayaks" klubuna böyük hesabla (3:0) qalib gəlib. Qolları Mohamed Salah (42'), Darvin Nunes (49'), Harvi Elliot (52') vurub.

A qrupunun digər oyununda artıq pley-offa vəsiqəni təmin etən İtaliyanın "Napoli" klubu öz meydanında Şotlandiyanın "Reyncers" komandasını analoji hesabla məğlub edib. Covanni Simeone (11, 16), Leo Estiqor (80) fərqləniblər.

Nəticələr:


A qrupu

23:00. "Napoli" (İtaliya) - "Reyncers" (Şotlandiya) - 3:0

Qollar: Covanni Simeone, 11; 16. Leo Estiqor, 80

23:00. "Ayaks" (Niderland) - "Liverpul" (İngiltərə) - 0:3

Qollar: Məhəmməd Salah, 42. Darvin Nunyes, 49. Harvi Elliott, 52

Xal durumu: "Napoli" - 15 . "Liverpul" - 12. "Ayaks" - 3. "Reyncers" - 0.

B qrupu

20:45. "Brügge" (Belçika) - "Portu" (Portuqaliya) - 0:4

Qollar: Mehdi Taremi, 33; 70. Evanilson, 57. Stiven Euştakiu, 60

23:00. "Atletiko" (Madrid, İspaniya) - "Bayer" (Almaniya) - 2:2

Qollar: Yannik Karrasko, 22. Rodriqo De Paul, 50 - Mussa Diabi, 9. Kallum Hodson-Odoi, 29

Xal durumu: "Brügge" - 10. "Portu" - 9. "Atletiko" - 5. "Bayer" - 4.

C qrupu

20:45. "İnter" (İtaliya) - "Viktoriya" (Plzen, Çexiya) - 4:0

Qollar: Henrix Mxitaryan, 35. Edin Dzeko, 42; 66. Romelu Lukaku, 87

23:00. "Barselona" (İspaniya) - "Bavariya" (Almaniya) - 0:3

Qol: Sadio Mane, 10. Erik Çupo-Motinq, 31. Benjamin Pavar, 90+5

Xal durumu: "Bavariya" - 15. "İnter" - 10. "Barselona" - 4. "Viktoriya" - 0.

D qrupu

23:00. "Tottenhem" (İngiltərə) - "Sportinq" (Portuqaliya) - 1:1

Qol: Rodriqo Bentankur, 80 - Markus Edvards, 22

23:00. "Ayntraxt" (Frankurt, Almaniya) - "Marsel" (Fransa) - 2:1

Qollar: Daiti Kamada, 3. Randal Kolo Muani, 27 - Matteo Genduzi, 22

Xal durumu: "Tottenhem" - 8. "Sportinq" - 7. "Ayntraxt" - 7. "Marsel" - 6.

Qeyd edək ki, daha əvvəl İtaliyanın "Napoli", Belçikanın "Brügge", Almaniyanın "Bavariya" və "Borussiya" (Dortmund), İspaniyanın "Real Madrid", Fransanın PSJ, Portuqaliyanın "Benfika", İngiltərənin "Mançester Siti" və "Çelsi" komandaları pley-off vəsiqəni təmin ediblər.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO