''Nurlan İbrahimova UEFA-nın verdiyi cəza ağırdır'' - AFFA

''Nurlan İbrahimova UEFA-nın verdiyi cəza ağırdır'' - AFFA

Hazırda oxunan: ''Nurlan İbrahimova UEFA-nın verdiyi cəza ağırdır'' - AFFA

10119

Qarabağ" klubunun sabiq mətbuat katibi Nurlan İbrahimova UEFA -nın verdiyi cəza ağırdır. 

Bizim.Media xəbər verir ki, bunu AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov onlayn formatlı mətbuat konfransında deyib. 

"Bu, təkcə irqçiliyə görə deyil, digər məsələlər də var idi. Başqa söz demək istəmirəm. İş apellyasiya məhkəməsindədir. Nə isə deməyim prosesə mənfi təsir edə bilər. Peşəkarlar bunun üzərində işləyirlər".

E.Məmmədovun fikrincə, "Qarabağ"a kəsilən 100 min avroluq cərimə də həddindən artıq yüksəkdir: "Bununla bağlı da UEFA-ya müraciət olunub".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO