Messi Pelenin rekordunu təkrarladı

Messi Pelenin rekordunu təkrarladı

Hazırda oxunan: Messi Pelenin rekordunu təkrarladı

101186

Çempionlar Liqasının qrup mərhələsinin V turunda Hayfa “Makkabi”si ilə oyun PSJ-nin hücumçusu Lionel Messi üçün əlamətdar olub. 

Bizim.Media xəbər verir ki, komandasının 7:2 hesablı qələbəsinə 2 qol, 2 assistlə töhfə verən argentinalı superulduz qeyri-adi rekorda imza atıb. 

35 yaşlı futbolçu bu turnirdə 23-cü dəfə cərimə meydançasından kənardan fərqlənib. Bununla o, “Mançester Yunayted”in forvardı Kriştiano Ronaldonu (22 qol) geridə qoyaraq, rekordu ələ keçirib. 

Argentinalı eyni zamanda bir matçda 2 qol, 2 assstə imza atan ən yaşlı oyunçu olub. Leo bunu 35 yaş 123 günlüyündə reallaşdırıb. O, sonuncu dəfə 2019-cu ilin oktyabrında “Barselona”da olarkən “Valyadolid”lə (5:1) çempionat matçında buna nail olub. 

Eyni zamanda Messi peşəkar karyerası ərzində 1127 qolda yaxından iştirak edib - 784 qol, 343 assist. O, bununla əfsanəvi braziliyalı Pelenin (762 qol, 365 assist) dünya rekordunu təkrarlayıb. 
Qeyd edək ki, Lionel Messi bu mövsüm PSJ-nin heyətində bütün turnirlərdə 16 oyuna çıxıb, 11 qol, 12 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO