Şahmat üzrə 12-ci dünya çempionu Bakıya gəlir

Şahmat üzrə 12-ci dünya çempionu Bakıya gəlir

Hazırda oxunan: Şahmat üzrə 12-ci dünya çempionu Bakıya gəlir

101105

Məşhur sovet və Rusiya şahmatçısı, 12-ci dünya çempionu Anatoli Karpov "Dünya çempionu" filminin təqdimatı üçün Bakıya gələcək.

Bizim.Media xəbər verir ki, bunu bu gün şahmatçı özü TASS agentliyinə açıqlamasında deyib.

O qeyd edib ki, filmin Bakıdakı təqdimatı oktyabrın 26-da keçiriləcək.

Şahmatçı bildirib ki, bundan əvvəl filmin İsveçrədə təqdimatı keçirilsə də, ona viza verilmədiyi üçün tədbirdə iştirak edə bilməyib. Bundan başqa, filmin təqdimatı həm də İtaliyada olub.

2021-ci ildə rejissor Aleksey Sidorov tərəfindən çəkilmiş "Dünya çempionu" filmi Anatoli Karpovun 1978-ci ildə Viktor Korçnoyla dünya çempionluğu uğrunda matçı haqqında bəhs edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO