Dünya çempionatlarında ən çox oyuna çıxan KAPİTANLAR

Dünya çempionatlarında ən çox oyuna çıxan KAPİTANLAR

Hazırda oxunan: Dünya çempionatlarında ən çox oyuna çıxan KAPİTANLAR

100983

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) bu il Qətərdə keçiriləcək dünya çempionatı ərəfəsində daha bir mövzu ilə bağlı araşdırma aparıb.

Bizim.Media IFFHS-ın rəsmi saytına istinadən xəbər verir ki, mundiallarda kapitan kimi ən çox meydana çıxan oyunçuların siyahısı tərtib olunub.

İlk pillədə Argentina yığmasının əfsanəvi hücumçusu Dieqo Maradona qərarlaşıb. Mərhum forvard finallarda 16 dəfə kapitanlıq sarğısını taxıb.
İkinci sırada meksikalı Rafael Markes (15), üçüncü mövqedə isə italiyalı qapıçı Dino Zoff (14) yer alıb.

Argentina millisinin hazırkı kapitanı Lionel Messi və Portuqaliya yığmasından Kriştianu Ronaldu DÇ-2022-də iştirak edəcəkləri halda Maradonanın rekorduna çata bilərlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO