“Sabah” “Neftçi”ni məğlub etdi

“Sabah” “Neftçi”ni məğlub etdi

Hazırda oxunan: “Sabah” “Neftçi”ni məğlub etdi

100764

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XI tura "Neftçi" - "Sabah" oyunu ilə yekun vurulub.

Bizim.Media xəbər verir ki, “Bakcell Arena”da keçirilən görüş maraqlı və gərgin mübarizə şəraitində keçib.

Qonaq komanda ilk hissədə iki dəfə qol sevinci yaşayıb. 37-ci dəqiqədə Con Mikels, ilk hissəyə əlavə olunmuş dəqiqələrdə isə Apeh fərqlənib.

İkinci hissədə də ilk qolu “Sabah” vurub. Aleksey İsayev 52-ci dəqiqədə fərqi artırıb. 71-ci dəqiqədə Ömər Buludov hesab arasındakı fərqi azaldıb.

Bir dəqiqə sonra İsmayıl Zülfüqarlı qırmızı vərəqə alaraq “Neftçi”ni azlıqda qoyub. 82-ci dəqiqədə Emin Mahmudov penalti zərbəsi ilə fərqi minimuma endirsə də, “Neftçi”nin bundan artığına gücü çatmayıb.
Oyun “Sabah”ın 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Bu nəticə ilə xallarının sayını 28-ə yüksəldən “Sabah” ikinci, 22 xalda qalan “Neftçi” isə üçüncü pillədə qalıb.

Qeyd edək ki, qeyd edək ki, turun əvvəlki oyunlarında "Qarabağ" "Turan Tovuz"u 3, "Zirə" "Sumqayıt"ı 2 cavabsız qolla üstələyib. "Qəbələ" - "Kəpəz" (1:1) və “Səbail” – “Şamaxı” (0:0) matçlarında isə qalib müəyyənləşməyib.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO