Güləşçimiz dünya çempionatında yarımfinala yüksəldi

Güləşçimiz dünya çempionatında yarımfinala yüksəldi

Hazırda oxunan: Güləşçimiz dünya çempionatında yarımfinala yüksəldi

100523

Azərbaycanın sərbəst güləşçisi İslam İlyasov İspaniyanın Pontevedra şəhərində keçirilən U-23 dünya çempionatında yarımfinala yüksəlib. 

Bizim.Media xəbər verir ki, 97 kq çəki dərəcəsində çıxış edən idmançı 1/4 final mərhələsində Yunus Qafurova (Ukrayna) qalib gəlib.

70 kq-da yarışan Kənan Heybətov eyni raundda Giorgi Elbakidzeyə (Gürcüstan) uduzub. 

57 kq-dakı Tofiq Əliyev 1/8 finalda Ahmet Dumana (Türkiyə), 79 kq-dakı Əşrəf Aşırov təsnifatda Kosuke Yamakuraya (Yaponiya) yenilib. 

Bu gün həmçinin 65 kq çəki dərəcəsindəki qadın güləşçi Nigar Mirzəzadə finalda Miva Morikava (Yaponiya) ilə qarşılaşacaq. 

Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçilərindən Nihad Quluzadə (55 kq) və Nihat Məmmədli (60 kq) gümüş, Qurban Qurbanov (72 kq) isə qızıl medal qazanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO