Qadın güləşçimiz dünya çempionatının FİNALINDA  

Qadın güləşçimiz dünya çempionatının FİNALINDA  

Hazırda oxunan: Qadın güləşçimiz dünya çempionatının FİNALINDA  

100370

Bu gün Azərbaycanın daha üç qadın güləşçisi İspaniyanın Pontevedra şəhərindəki U-23 dünya çempionatında mübarizəyə başlayıb.

Bizim.Media xəbər verir ki, Gültəkin Şirinova  (53 kq) 1/8 final mərhələsində Zeynep Yetgillə (Türkiyə), Birgül Soltanova (62 kq) təsnifatda Astirid Xirinosla (Venesuela) uduzub.

Nigar Mirzəzadə (65 kq) ardıcıl olaraq Nerea Blanko (İspaniya) və Dariqa Abenə (Qazaxıstan) qalib gəlib. Nəticədə idmançımız yarımfinala yüksəlib. O, bu mərhələdə İtaliya təmsilçisi Elena Espositoya qalib gələrək finala yüksəlib.

Bu gün Şəhanə Nəzərova (50 kq) isə təsəlliverici qarşılaşmada Sarra Hamdiyə (Tunis) yenilib.

Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçilərindən Nihad Quluzadə (55 kq) və Nihat Məmmədli (60 kq) gümüş, Qurban Qurbanov (72 kq) isə qızıl medal qazanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO