Cüdo üzrə Azrərbaycan milli komandalarının oktyabrın 21-də Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində start götürəcək Böyük Dəbilqə turniri üçün heyəti açıqlanıb.
Bizim.Media xəbər verir ki, bu barədə Federasiyanın məlumatında bildirilib.
Məlumata görə, 3 gün davam edəcək yarışda 11 kişi və 2 qadın idmançı qüvvəsini sınayacaq.
Kişilərdən 60 kq-da Balabəy Ağayev və Turan Bayramov, 66 kq-da Tofiq Məmmədov, 73 kq-da Vüsal Qələndərzadə və Nurlan Osmanov, 81 kq-da Elcan Hacıyev və Zelim Tçkayev, 90 kq-da Murad Fətiyev və Vüqar Talıbov, 100 kq-da Elmar Qasımov, 100 kq-dan yuxarı çəkidə isə Camal Qamzatxanov tatami üzərinə çıxacaq.
Qadınların mübarizəsində isə 48 kq-da Leyla Əliyeva və 52 kq-da Gültac Məmmədəliyeva medal qazanmağa çalışacaq.
Qeyd edək ki, Böyük Dəbilqədə dünyanın 66 ölkəsindən 428 idmançı iştirak edəcək.
Bizim.Media
- A-
- A
- A+
İdman
19:59 / 19.10.2022
Böyük Dəbilqədə ölkəmizi təmsil edəcək cüdoçular - SİYAHI
Hazırda oxunan: Böyük Dəbilqədə ölkəmizi təmsil edəcək cüdoçular - SİYAHI
Hazırda oxunan: Böyük Dəbilqədə ölkəmizi təmsil edəcək cüdoçular - SİYAHI
100186
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.