Məmmədyarov bu gün

Məmmədyarov bu gün "Aimchess Rapid"də yarımfinal görüşünə çıxacaq

Hazırda oxunan: Məmmədyarov bu gün "Aimchess Rapid"də yarımfinal görüşünə çıxacaq

100034

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov "Meltwater Champions Chess Tour" seriyasının səkkizinci mərhələsi olan “Aimchess Rapid” turnirində yarımfinal görüşünə çıxacaq. 

Bizim.Media xəbər verir ki, 37 yaşlı qrossmeyster bu raundda Rumıniyanı təmsil edən Riçard Rapportla üz-üzə gələcək. 

Digər yarımfinal görüşü isə norveçli dünya çempionu Maqnus Karlsenlə polşalı Yan Kşiştof-Duda arasında olacaq. 

Qeyd edək ki, Şəhriyar Məmmədyarov 1/4 finalda Özbəkistan təmsilçisi Nodirbek Abdusattorova qalib gəlib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO