Şəhriyar Məmmədyarov “Aimchess Rapid”in YARIMFİNALINDA 

Şəhriyar Məmmədyarov “Aimchess Rapid”in YARIMFİNALINDA 

Hazırda oxunan: Şəhriyar Məmmədyarov “Aimchess Rapid”in YARIMFİNALINDA 

100013

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov “Meltwater Champions Chess Tour” seriyasının səkkizinci mərhələsi olan “Aimchess Rapid” turnirində növbəti görüşlərini keçirib. 

Bizim.Media xəbər verir ki, bu haqda Azərbaycan Şahmat Federasiyası məlumat yayıb. 

Bildirilib ki, 37 yaşlı qrossmeyster 13-cü turda Nodirbek Abdusattorova uduzub. Növbəti raundda isveçli Nils Qrandeliusdan üstün olan Məmmədyarov 15-ci turda ABŞ təmsilçisi Deniel Naroditski ilə sülh bağlayıb. 

Bu nəticələrdən sonra xallarını 27-yə çatdıran Azərbaycan şahmatçısı ikinci yerin sahibi kimi pley-offa vəsiqə qazanıb. 

Qeyd edək ki, 1/4 finalda şahmatçımız Nodirbek Abdusattorova qarşı mübarizə aparacaq. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO