Moderator.az - ın Avropa təmsilçisi, Almaniyada mühacirətdə olan dəyərli jurnalist həmkarımız Yeganə Əmiraslanovaya ağır itki üz verib.
Əməkdaşımızın xalası Ulduz Səfərova 41 yaşında haqq dünyasına qovuşub. Mərhum xərçəng xəstəliyindən əziyyət çəkirmiş.
Yeganə xanıma dərin hüznlə baş sağlığı verir, Ulduz xanıma Allahdan rəhmət, özünə isə səbr diləyirik.





























































































