Keçmiş siyasi məhbus Elsevər Mürsəlli Moderator.az-a açıqlama verərək sosial şəbəkələrdə etdiyi paylaşımdan sonra mətbuatda şəxsi haqda gedən bir sıra xəbərlərə aydınlıq gətirib:
"Mətbuatda hamı qeyd edir ki, guya mən Mətanət Əsədovanın bacısı ilə bir yerdə qalmışam. Biz Kürdəxanıda, kişilər birinci mərtəbədə, qadınlar isə ikinci mərtəbədə qalmışıq. O, mənim üstümdəki mərtəbədə qalırdı və biz də ayaqyolundan yuxarı ilə danışmaq olurdu, mən onda bildim ki, o, Mətanət Əsədovanın bacısıdır. O, tez-tez dava salıb karsa salınırdı. Adı da Nuranə idi, Mətanətin bacısının həbsinə gəlincə, o, narkotik aludəçisi olduğuna görə, aptekdən oğurluq etmişdi, buna görə də həbs olunmuşdu. Nuranə tez-tez dava saldığına görə karsa salınırdı. 2013 cü ilin oktyabr ayında da təkadamlıq kameraya salınmışdı, səhər oyananda eşitdik ki, Nuranə özünü asıb. Mən onunla yalnız söhbət etmişəm. Bu mənada demişəm bir yerdə qaldığımızı."





























































































