Azərbaycanda qorxunc qəza - FOTO

Azərbaycanda qorxunc qəza - FOTO

Hazırda oxunan: Azərbaycanda qorxunc qəza - FOTO

76890
Bərdədə üç nəqliyyat vasitəsinin iştirakı ilə yol qəzası baş verib.xa0

ANS PRESS-in məlumatına görə, hadisə rayonun Divanlı kəndi ərazisində qeydə alınıb. Bərdədən Yevlaxa gedən Bərdə rayon sakini 31 yaşlı Natiq Qocayevin idarə etdiyi VAZ-2101 markalı avtomobili, eyni istiqamətdə hərəkət edən Mersedesi araxadan vurub.xa0

Daha sonra Mersedes yol kənarında hərəkətdə olan velosipedçiyə çırpılıb. Zərbə nəticəsində asfalt yoldan çıxan VAZ-2101 yol kənarındakı ağaclara dəyərək dayanıb. Qəza nəticəsində VAZ-2101-nin sürücüsü, sərnişin Şamil Qocayev və velosipedin sürücüsü Cəyirli kənd sakini 18 yaşlı Yunis İsgəndərov xəsarət alıb. Əldə etdiyimiz məlumata görə, qəzaya səbəb olan Mersedesin sürücüsü Ramil Namazov hadisə yerindən qaçsa da polis əməkdaşları tərəfindən saxlanılıb. Yaralıar Bərdə MRX-na çatdırılıb.xa0

"Ağacdan sonra maşın dığırlandı. Amma uşaq mənim maşınımdan xeyli aralıda yıxılmışdı. Mən maşından çıxanda uşaq yerdəydi. Mersedes onu vurub getmişdi", - deyə VAZ-2101-in sürücüsü Natiq Qocayev söyləyib.

Xəstəxanadan yaralıların vəziyyətinin normal olduğu bildirilib. Hazırda faktla bağlı araşdırma aparılır.









© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO