Zaqatalada evdə yanğın olub

Zaqatalada evdə yanğın olub

Hazırda oxunan: Zaqatalada evdə yanğın olub

600030

Zaqatalada fərdi yaşayış evində yanğın olub.

Səhər saat 09:45-də rayonun Qımır kəndində, kənd sakini Həzrətəli Yusif oğlu Mahmudova məxsus, ümumi sahəsi 130 kv/m olan kürsülü birmərtəbəli fərdi yaşayış evində yanğın baş verib.

Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyətləri cəlb edilib. Yanğınsöndürənlərin səyi nəticəsində yanğının genişlənməsinin qarşısı dərhal alınıb.

Yanğın nəticəsində evin 32 kv/m-lik bir otağının tavanı, həmin hissəyə aid dam örtüyü və otaqda olan ev əşyaları yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO