Kürdəmir rayonunda ağır yol qəzası baş verib.
Sfera.az Lent.az-a istinadən xəbər verir ki, İmişliyə gedən yolun Sorsor kəndindən keçən hissəsində "Mercedes" markalı 2 avtomobil toqquşub. Nəticədə sürücülərdən biri və qadın sərnişin aldıqları ağır xəsarətlərdən vəfat edib. Daha 2 nəfər isə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.