Hərbi yürüş keçirildi - FOTO

Hərbi yürüş keçirildi - FOTO

Hazırda oxunan: Hərbi yürüş keçirildi - FOTO

48794
Bu gün Silahlı Qüvvələr Günü münasibətilə Qusarda bayram şənliyi keçirilib. 

Moderator.azn məlumatına görə, tədbirin girişində Azərbaycan şəhidləri və Heydər Əliyevin xatirəsini 1 dəqiqəlik sükutla yad ediblər.

Bundan sonra hərbçilər hərbi yürüş ediblər. Daha sonra hərbçilər Heydər Əliyev Mərkəzini və onun abidəsini yad ediblər.

Tədbirdə iştirak edən Qusar rayon N saylı hərbi hissənin komandiri Oruc Abdullayev ANS PRESS-in bölgə müxbirinə bildirib ki, ordumuz günü-gündən inkişaf edir.

“Biz heç vaxt torpaqlarımızn işğal olunması ilə barışmamışıq. Ali Baş Komandanının əmrini gözləyirik. Biz hər zaman döyüşə başlamağa hazırıq”, - deyə Oruc Abdullayev bildirib.

Daha sonra tədbirdə təntənəli şəkildə Azərbaycan bayrağı ucaldılıb. Tədbir hərbçilərimiz bacarıqlarını nümayiş etdirməklə davam edib.












© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO