Sumqayıtlılar ağac kəsintisinə görə ayağa qalxdı  - VİDEOLAR

Sumqayıtlılar ağac kəsintisinə görə ayağa qalxdı - VİDEOLAR

Hazırda oxunan: Sumqayıtlılar ağac kəsintisinə görə ayağa qalxdı - VİDEOLAR

44953
Ötən gün Sumqayıt şəhərində 10-cu mikrorayon ərazisində etiraz aksiyası keçirilib. 

Moderator.az-ın məlumatına görə, sakinlər Babək küçəsində ağacların kəsilməsinə etiraz ediblər.

Belə ki, Babək küçəsində obyekt tikintisi gedib. Bu tikintinin sakinlərin gediş-gəliş yolundadır və piyadaların hərəkətinə maneə yaradır. Bundan başqa tikintiyə görə, həmin ərazidə ağacları kütləvi şəkildə kəsirlər. 

Buna görə də, sakinlər etiraz oalraq, ərazidə gedən tikinti işinə mane olmağa çalışıblar. Sonradan insident yaranıb. Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Məsələ ilə bağlı Sumqayıt şəhər Polis İdarəsi 1-ci polis bölməsilə əlaqə saxladıq. Bölmədən ANS PRESS-ə verilən məlumata görə, ötən gün bir neçə şəxs saxlanılıb və onlara xəbərdarlıq edilib. Hazırda ərazidə sakitçilikdir. Heç bir problem yoxdur.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO