Qalmaqallı “Mersedes”in sahibi kimin oğludur?

Qalmaqallı “Mersedes”in sahibi kimin oğludur?

Hazırda oxunan: Qalmaqallı “Mersedes”in sahibi kimin oğludur?

41964
“Musavat.com”un “Günün fotosu” rubrikası altında dərc etdiyi və sözün həqiqi mənasında günün mövzusuna çevrilən 90 DD 065 dövlət nömrə nişanlı “Mersedes-Qallenvagen” avtomobilinin sahibi Bakı şəhər, Yasamal rayon sakini Bəhruz Adil oğlu Pəriyabdır.
 
“Axar.az” xəbər verir ki, avtomobilin sahibi həmçinin Gəncə şəhər sakini Orxan Ədalət oğlu Məmmədəliyevin adına etibarnamə də verib.
 
Araşdırmalarımız zamanı bəlli oldu ki, avtomobilin sahibi Bəhruz Pəriyab Azərbaycanın Xalq rəssamı, bir çox ölkələrdə sərgiləri açılan Əli Pəriyabın nəvəsidir (Əli Pəriyabın qardaşı Hüseyn də xalq rəssamı olub).
 
Yüngül qəza keçirmişəm
 
Sayta danışan Bəhruz Pəriyab qəzanı təsdiqləyərək, heç bir xəsarət olmadığını dedi:
 
“Düzdür, etibarnamə vermişəm, ancaq maşın özümdədir. Yüngül qəza keçirmişəm, şükür ki, heç bir problem yoxdur”.
 
Qəzasının ictimailəşməsindən xəbərsiz olduğunu deyən B.Pəriyab atası Adil Pəriyabın hansı vəzifənin sahibi olduğu barədə sualı cavablandırmaqdan imtina edib: “Bu barədə danışmaq istəmirəm. Vəssalam”.
 
Xatırladaq ki, ötən gün “Musavat.com” saytının “Günün fotosu” rubrikasında 90 DD 065 nömrəli “Mersedes-Qallenvagen”in qəzaya uğradığı və bu maşının sahibinin Bakı rayonlarından birinin prokurorunun oğlu olması barədə yazı dərc olunmuşdu. Bu səbəbdən portalın baş redaktoru Xalid Kazımlı Bakı Şəhər Prokurorluğuna dəvət edilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO