Zaqatalada qida zəhərlənməsi

Zaqatalada qida zəhərlənməsi

Hazırda oxunan: Zaqatalada qida zəhərlənməsi

41663

Zaqatalada 19 yaşlı gənc qidadan zəhərlənərək ölüb. Moderator.az xəbər verir ki, Zaqatala Mərkəzi Rayon Xəstəxanasından (MRX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, fevralın 13-də axşam saat 22:00 radələrində Zaqatala şəhəri, Saleh Qocayev küçəsi-57 ünvanında ağır xəstənin olması barədə xəstəxananın Təcilli Yardım şöbəsinə məlumat daxil olub.

Gecə saat 22:25 radələrində Təcilli Yardım şöbəsinin həkim briqadası tərəfindən həmin ünvanda  kirayədə yaşayan 1995-ci il təvəllüdlü Xəlilov Elvin Ələkbər oğlu xəstəxananın qəbul şöbəsinə daxil olan zaman onda heç bir həyati əlamət olmayıb. Ailəsinin həkimlərə verdiyi məlumata görə, Elvin Xəlilov qidadan zəhərlənib. 19 yaşlı gəncin ölümünün dəqiq səbəbi isə bu gün meyitin üzərində aparılacaq tibbi ekspertizanın rəyindən sonra məlum olacaq.

Zaqatala rayon hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, E.Xəlilov Gürcüstan ali məktəblərinin birində təhsil alır. O, dünən günün ikinci yarısında Zaqatala bazarı ərazisində fəaliyyət göstərən yeməkxanaların birində dostu ilə yemək yeyib. Onlar yemək zamanı spirtli içki qəbul ediblər. E.Xəlilovun atası Ələkbər Xəlilov Dövlət Sərhəd Xidmətinin (DSX) Zaqatala Sərhəd Dəstəsində hərbi həkim vəzifəsində çalışır.

Faktla bağlı Zaqatala rayon Prokurorluğunda cinayət işi başlayıb, araşdırma aparılır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO