İsmayıllıda vəhşi qaban 47 yaşlı kişini vurub öldürdü

İsmayıllıda vəhşi qaban 47 yaşlı kişini vurub öldürdü

Hazırda oxunan: İsmayıllıda vəhşi qaban 47 yaşlı kişini vurub öldürdü

37839
İsmayıllı rayonunda vəhşi çöl qabanı bir kişini vurub öldürüb. ANS PRESS-in bölgə müxbirinn verdiyi məlumata görə, Lahic kənd sakini 1966-cı il təvəllüdlü Əbülfət Nəcəfov rayonun Yuxarı Gülyam kəndinə qonaq gedərkən vəhşi qabanın hücumuna məruz qalıb. 

Vəhşi heyvan ona qəfil hücum etdiyi zaman onun əlində özünü qorumaq üçün heç nə olmadığından özünü müdafiə edə bilməyib. 

Heyvan onu ölümcül yaralayıb. Əbülfət Nəcəfov aldığı xəsarətlərdən hadisə yerində ölüb. Onun meyitini kənd sakinlər aşkarlayıb.

Faktla bağlı araşdırma aparılır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO