Təhsil şöbəsi müdirini ittiham edən qızın dedikləri təsdiqləndi - CİNAYƏT

Təhsil şöbəsi müdirini ittiham edən qızın dedikləri təsdiqləndi - CİNAYƏT

Hazırda oxunan: Təhsil şöbəsi müdirini ittiham edən qızın dedikləri təsdiqləndi - CİNAYƏT

32372



Bir müddət bundan əvvəl Kəlbəcər rayon təhsil şöbəsinin rəhbəri Məhəmməd Bağırova qarşı şok ittihamlar səsləndirən rayon köçkünü Fərqanə Ələkbərovanın  dedikləri təsdiqlənib. 
Xatırladaq ki, bir neçə ay öncə Fərqanə Ələkbərova ölkədə böyük sensasiyaya səbəb olan video müsahibəsində Məhəmməd Bağırovun  ona cinsi əlaqə təklif etdiyini və bunun müqabilində  ona saxta diplom, Bakı  şəhərində ev, maşın alacağını bildirib. Müsahibəsində Fərqanə Ələkbərova təhsil müdirinin verdiyi vədlərin içində ancaq ona saxta diplom alıb: “Mənə Müəllimlər İnstitutundan saxta diplom düzəltdi. Mənə dedi ki, sənə həyatda nə desən, nə istəsən edəcəm. Özüm də səni ərə verəcəm. Mənim adımı batırdı. İnsanlar içinə çıxa bilmirdim. Ailə qura bilmirəm. Valideynlərimlə birlikdə Kəlbəcərin icra başçısı Vidadi Məhərrəmovun yanında olduq. Dedi, bu söhbəti danışmayın. Mən bağlayacam. Kəlbəcərin adına ayıbdı deyib, bizə şikayət etməyə imkan vermədi.  Vidadi müəllim, imkan vermədi biz ondan şikayət edək”.
Ancaq bu video sonradan ictimailəşəndən sonra M.Bağırov F.Ələkbərovaya müxtəlif yollarla təzyiq və təsir edərək, jurnalist Ərşad İbrahimlinin ondan zorla müsahibə aldığını dedizdirib. 
Adıçəkilən Gəncədəki hüquq-mühafizə orqanlarına şikayət edərək, jurnalistin guya onunla müsahibəni boğazına bıçaq dirəyərək, zorla aldığını iddia etmişdi. Bu olayla bağlı Gəncə prokurorluğunda aparılan araşdırma zamanı F.Ələkbərovanın dedikləri sübuta yetirilməyib. 

Dünən isə “Bizim Yol” təhsil şöbəsi rəhbərinin Fərqanə Ələkbərovaya aldığı saxta diplomun surətini əldə edib. Gəncə Müəllimlər İnstitutunun direktoru Ramiz Məmmədovun imzasıyla diplom əvəzi arayış Fərqanə Ələkbərovanın işə qəbul olunması üçün verilib. 
“Bizim Yol”un təqdim etdiyi bu fakt ortada açıq cinayət əməlinin olduğunu göstərir. Ümid edirik ki, prokurorluq orqanları bu faktı araşdıracaqlar. 
Xatırladaq ki, bu video müsahibə ilk dəfə Avropa.info saytında yayılmışdı. 



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO