Üç uşağını qəzada itirən ailənin faciəvi ailə dramı  - FOTOLAR

Üç uşağını qəzada itirən ailənin faciəvi ailə dramı - FOTOLAR

Hazırda oxunan: Üç uşağını qəzada itirən ailənin faciəvi ailə dramı - FOTOLAR

270963
Həyat həm acı, həm də sürprizlərlə doludur. Bəzən isə dünya üzərində yaşaya biləcəyimiz acıların ən böyüyünü saniyələr içində yaşada biləcək qədər acımasızdır.xa0

Moderator.az xəbər verir ki, ABŞ-ın Kaliforniya ştatında yaşayan Lori və Kris cütlüyü bu acını yaşayan ailələrdəndir. Lori və uşaqları Kilenin beş yaşını qeyd etmək üçün nənəsigilə gediblər.xa0
Doğum günündən sonra birlikdə evə gələrkən Lorinin sürdüyü maşın TIR-la toqquşub. Qəza zamanı Lori və anası ağır yaralansa da, uşaqları Kile, Emma və Katya həyatlarını itiriblər. Qəza sonrası xəstəxanaya gedən uşaqların atası Kris iki qızının hadisə yerində öldüyünü, oğlu Kilenin isə xəstəxanada gözləri öndündə can verdiyini bildirib. Kilenin ölüm anında yanında olan atası olanları belə nəql edib:
“Onun yanındaydım və əlim ürəyinin üstündə idi. Ürəyi yavaş-yavaş vurana qədər gözlədim və o, dünyasını dəyişdi”.

Bu faciəvi hadisədən sonra cütlüyün sevənləri və qonşuları yardım kampaniyaları və dəstəkləriylə onları ayaqda tutmağa çalışıb. Yaşadıqları acı faciədən sonra onlar səsli bir aildən səssiz bir ailəyə çevrilib. Valideynlər özlərinə gəlmək üçün bir müddət müalicə olunublar.xa0

Vasif Əlihüseyn
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO