Şəhid atasının nisyə aldığı gül çələngini xiyabandan oğurladılar  - ŞƏRƏFSİZLİK...

Şəhid atasının nisyə aldığı gül çələngini xiyabandan oğurladılar - ŞƏRƏFSİZLİK...

Hazırda oxunan: Şəhid atasının nisyə aldığı gül çələngini xiyabandan oğurladılar - ŞƏRƏFSİZLİK...

268678
Şəhid atasının nisyə aldığı gül çələngini xiyabandan oğurlayıblar.

Moderator.az xəbər verir ki, hadisə Mingəçevir şəhindəki Şəhidlər Xiyabanında baş verib.xa0

2016-cı il aprelin 14-də cəbhə bölgəsində şəhid olan gizir Əhmədov Rüstəm Oruc oğlunun məzarı üstünə atası tərəfindən qoyulan gül çələngi bir gün sonra oğurlanıb. Bu haqda saytımıza aprel döyüşlərində şəhid olan baş gizirxa0 Rahim Tağıyevin həyat yoldaşı Vüsalə xanım məlumat verib:xa0

“Şəhidimizin atası Oruc Əhmədov mənə zəng vurub dedi ki, “Qızım, özümü çox pis hiss edirəm. Şəhid oğlumun məzarı üçün aldığım gül çələnginin hələ pulunu verməmişdim ki, bu gün gedib baxıram ki, yerində yoxdu, oğurlayıblar. Onu külək uçurmasın deyə lentlə bağlamışdım və baxdım ki, lentləri də kəsiblər. Bunu edənlər görəsən heç utanmadılarmı ki, bu məzarda uyuyan şəhiddir”.xa0

Qeyd edək ki, Rüstəm Əhmədov 1983-cü ildə Mingəçevir şəhərində anadan olub. 2016-cı il aprelin 14-də cəbhə bölgəsində düşmən təxribatının qarşısını alarkən qəhrəmancasına şəhid olub. Ölümündən sonra ölkə başçısı tərəfindən “Hərbi xidmətdə fərqlənməyə görə” üçüncü dərəcəli medalı ilə təltif edilib. Şəhidimizin Fərda və Nurlan adlı iki övladı yadigar qalıb.

Allah cəmi şəhidlərimizə rəhmət eləsin!

Vasif Əlihüseyn
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO