xa0Ermənilər işğal altındakı Azərbaycan torpaqlarını Ermənistanla birləşdirəcək daha bir magistral yol çəkməyə start veriblər.
Moderator.az xəbər verir ki, bu haqda Xankəndindəki separatçı nəşrlər məlumat yayıb. Məlumata görə,xa0 qondarma separatçı-terrorçu rejimin “dövlət naziri” adlanan Qriqori Martirosyan adlı məxluqxa0 dünənxa0 fevralın 7-də işğal altındakı xa0Zəngilan rayonuna səfəri zamanı “Kovsakan” adlandırılmış rayon mərkəzini Ermənistanın Qafan şəhəri ilə birləşdirəcək yeni yolun çəkiləcəyindən danışıb. Həmin şəhərlər arasındakı yol sovet vaxtında da olub. Lakin işğaldan sonra bərbad vəziyyətə düşüb. Ermənilər bu yolu Qarabağla birləşdirəcəkxa0 4-cü yol hesab edirlər(Qafan-Zəngilan-Hadrut-Xankəndi). Xatırladaq ki, digər iki əsas yol(Gorus-Laçın-Şuşa-Xankəndi və Basarkeçər-Kəlbəcər-Ağdərə-Xankəndi) son illərdə tam abadlaşdırılıb. Başqa bir yol isə tam işlək olmayan Gorus-Qubadlı-Hadrut-Xankəndi yoludur.

Q.Martirosyanın Zəngilandakı müşavirədə söylədiyinə görə, 2019-cu ildə layihələşdiriləcək yeni Qafan-Zəngilan yolunun uzunluğu 32 km olacaq. Əvvəlki qrunt yolun da asfaltlaşdırılması nəzərdə tutulur.
P.S. Biz hələ gözümüzü Qərbin, Rusiyanın, ATƏT-in, AŞ-ın, ABŞ-ınxa0 torpaqlarımızı guya qaytaracaq yeni “yol xəritələri”nə dikək...
Sultan Laçın

































































































