Filippinin Zamboanqa şəhərində məscidə terror hücumu zamanı şəhid olmuş iki İslam alimi son mənzilə yola salınıb.
Moderator.az xəbər verir ki, bu haqdaxa0 yerli “SunNews” nəşri məlumat yayıb.xa0
Məsciddə uşaq və gənclərəxa0 İslamın əsaslarını təlim edən müəllim kimi çalışanxa0 Hacı Sattal Batu vəxa0 Reks Habil terrorçuların hücumu zamanı ağır bir iş gününün ardından ibadətgahda yatıbmışlar. Canilər öncə küçə fanarını yandıraraq məscidin içərisinə qumbara atıblar.xa0 Partlayıcı düz Batu və Habilin yatdığı yerə düşüb…
Müsəlmanlar hər iki İslam təbliğçisini doğma Basilan əyalətində - birini Marketsit kəndində, digərini isə Matalaq qəsəbəsində dəfn ediblər.
Hücum zamanı məsciddəxa0 yaralanmış daha üçxa0 mömin artıq müalicə olunaraq xa0xəstəxanadan buraxılıblar.
P.S. Peyğəmbərimizin(s) hədislərindən birində deyilir ki, əsl müsəlman alim yataqda dünyasını dəyişsə belə, Allah dərgahında şəhid sayılır…
Sultan Laçın




































































































