xa0Krasnoyarsk şəhərində məscidlərin kəskin çatışmazlığı ilə bağlı möminlər cümə namazını xa0bayırda qılmağa məcbur olurlar. Moderator.az bu haqda Rusiyanın İslamsib.ru saytıına istinadla xəbər verir. xa0Qışda havanın temperaturu bəzən -36 dərəcəyə düşür...
Krasnoyarskın müsəlman məbədi cəmi 400 nəfər üçün nəzərdə tutulub. Lakin hər cümə günü məscidi 1,5-2 min nəfər ziyarət edir. Bayram günlərində isə ibadətgaha 20 minə yaxın mömin toplanır. Məsciddə və qonşu binalarda kifayət qədər boş otaqlar yoxdur, nəticədə insanlar küçədə ibadət etmək məcburiyyətində qalırlar.

Krasnoyarsk vilayəti Müsəlmanlarının Birləşmiş Ruhani İdarəsinin rəhbərliyi 15 ildir ki, hökumət qurumları qarşısında məscid tikdirmək xa0məsələsini qaldırsa da, xa0hər şey vədlər səviyyəsində qalır, gerçək addım atan xa0yoxdur.
"Sibir şəraitində, 30-40 dərəcə şaxta və bəzən də küləkli hava xa0xa0insanların imanı üçün ciddi bir sınaqdır. Müsəlmanlar seçim qarşısında qalır: ya öz dini vəzifələrini yerinə yetirməmək, xa0yaxud bayırda - sağlamlıq üçün təhlükəli ola biləcək vəziyyətdə namaz qılmaq. xa0Uzun illər ərzində Krasnoyarsk şəhərində ikinci, hətta üçüncü məscidi tikməyə ehtiyac olduğu halda xa0yalnız bir kiçik məscidinfəaliyyət göstərməsixalqın xa0haqlı narazılığına səbəb olur” –vilayət Müsəlman Ruhaniləri İdarəsinin açıqlamasında belə deyilir.

“Miqrasiya proseslərini nəzərə alsaq, Krasnoyarskdakı müsəlmanların sayı xa0yaxın gələcəkdə xa0daha da artacaq. Bundan əlavə,xa0 bu günlərdə keçiriləcək Qış Universiadasına xa0xa0300-dən çox müsəlman xa0iştirakçı qatılacaq və onları müşayiət edənlərlərlə birlikdə ibadət zamanı şəhərin məscidini ziyarət edəcəklər. Biz ümid edirik ki, həmin qonaqlar cümə namazında məscidin içərisinə daxil ola biləcəklər, əks halda onlar da şəhər sakinləri kimi, Sibir təbiətinin “bütün gözəlliyini” hiss edəcəklər..." - deyə Krasnoyarsk vilayəti MRBİ-nin açıqlamasında vurğulanır.
Sultan Laçın

































































































