64 yaşlı kişi xəstəxanada intihar etdi

64 yaşlı kişi xəstəxanada intihar etdi

Hazırda oxunan: 64 yaşlı kişi xəstəxanada intihar etdi

245806

Gəncədə 64 yaşlı kişi xəstəxanada özünü asaraq intihar edib.

 

Sfera.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə Gəncə şəhər Abbas Səhhət adına xəstəxananın Terapiya 1 şöbəsində baş verib.

 

Belə ki, Gədəbəy rayonu, Qurudərə kəndində qeydiyyatda olan Mahmudov Müzahir Mahal oğlu özünü həmin şöbənin 230-cu palatasında elektrik uzadıcı naqil ilə yataqdan asaraq intihar edib.

 

Bildirilib ki, M. Mahmudov ötən ayın 23-ü “bel və digər fəqərəarası disklərinin radikilopohiyası” diaqnozu ilə xəstəxanaya daxil olmuşdu.

 

Faktla bağlı Gəncə şəhər prokurorluğunda araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO