Lerikə istirahətə gələn ailə faciə yaşadı: 17 yaşlı gənc dünyasını dəyişdi

Lerikə istirahətə gələn ailə faciə yaşadı: 17 yaşlı gənc dünyasını dəyişdi

Hazırda oxunan: Lerikə istirahətə gələn ailə faciə yaşadı: 17 yaşlı gənc dünyasını dəyişdi

226326

Biləsuvar rayon sakini Lerik rayonunda çayda boğulub.

 

Sfera.az-ın məlumatına görə, hadisə Lerik rayonunun Piran kəndi ərazisində baş verib.

 

Belə ki, Biləsuvardan Lerikə istirahətə gedən ailə faciə ilə üzləşib.

 

2006-cı il təvəllüdlü Allahverdi Nihad oğlu Mehdiyev ərazidən keçən çayda çimərkən boğulub.

 

A.Mehdiyev yaxınlarının köməyi ilə sudan çıxarılaraq təcili tibbi yardım avtomobili ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

 

Lakin onun üzərində həyat əlamətləri müşahidə olunmayıb.

 

Meyit müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzinin Lənkəran Şöbəsinə təhvil verilib.

 

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır. (Report)

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO