İsrail hərbçiləri hər 3 gündə bir müsəlman uşaq öldürür  - Müdhiş gerçəklər...

İsrail hərbçiləri hər 3 gündə bir müsəlman uşaq öldürür - Müdhiş gerçəklər...

Hazırda oxunan: İsrail hərbçiləri hər 3 gündə bir müsəlman uşaq öldürür - Müdhiş gerçəklər...

220850
Israil rejiminin fələstinli uşaqlara qarşı misilsiz amansızlığını təsdiqləyən faktlar yayılıb.xa0

Moderator.azxa0 xarici İslam saytlarına istinadla xəbər verir ki, bu haqdaxa0 Beynəlxalq Uşaqların Müdafiəsi Assosiasiyasının açıqlamasında məlumat verilib.xa0

Qurumun məlumatlarına görə, 2000-ci ilin sentyabrından- ikinci intifadanın(azadlıq uğrunda müqavimət hərəkatı) başlanğıcından bəri İsrailin işğal gücləri təxminən 2000 fələstinli uşağıxa0 qətlə yetiriblər. Statistik rəqəmlərdən belə nəticəyə gəlinir ki, son 18 ildə hər üç gündə bir müsəlman uşaq İsrail tərəfindənxa0 öldürülüb.

Bundan əlavə, yəhudilər hər il 700-ə yaxın fələstinli çocuğuxa0 həbs edirlər. Bu isə təxminən hər gün iki uşağın həbsi deməkdir. İkinci intifadanın başlanğıcından bəri sionist hakimiyyət orqanları 14 mindəndən çox müsəlman uşağı həbs ediblər ki, onlardan 350-sixa0 hələ də həbsdədir.

Xatırladaq ki, bu günlərdə Fələstinin Əl-Xəlil şəhərində İsrail əsgərlərinin Dirqəm Məsvədə adlı 3 yaşlı fələstinl uşağı bir müddət həbsdə saxlamaqları haqda xəbər yayılmışdı.
xa0
Sultan Laçın
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO