İstanbulda yaşayan məktəbli qızın həyat hekayəsi hər kəsi kədərləndirib.
Moderator.az xəbər verir ki, 14 yaşlı məktəbli dərsdən evə qayıdan zaman Murat adlı şəxs tərəfindən zorla binanın blokunda təcavüzə məruz qalıb. Polis tərəfindən tutulan cinayətkar 2 il müddətinə azadlıqdan məhrum edilib. 2 il sonra isə gənc qız müəllimi Abdullah tərəfindən zorlanıb. Bu hadisədən sonra müəllim vəzifəsindən kənarlaşdırılıb.

Bir müddət sonra başqa bir məktəbə keçən qız burada tanış olduğu oğlanın anası tərəfindən hədələnib. Oğlanın anası məktəbin direktoru ilə danışaraq onun qovulmasını tələb edib. Bütün bu hədələrdən qorxuya düşən qız daha məktəbə gedə bilmədiyini bildirib.
































































































