Bakının mərkəzində BƏDBƏXT HADİSƏ: Başına beton parçası düşdü

Bakının mərkəzində BƏDBƏXT HADİSƏ: Başına beton parçası düşdü

Hazırda oxunan: Bakının mərkəzində BƏDBƏXT HADİSƏ: Başına beton parçası düşdü

219353

Bakının mərkəzində xəsarətlə nəticələnən bədbəxt hadisə baş verib.

 

Sfera.az qafqazinfo-ya istinadən xəbər verir ki, dünən saat 18 radələrində paytaxtın Nəsimi rayonu, Azadlıq prospekti, 32 ünvanında yerləşən binanın 3-cü mərtəbəsindəki mənzilin eyvanından beton parçası qopub.

 

Beton parçası səkidə hərəkət edən piyada 1992-ci il təvəllüdlü Əminə Nəzərlinin başına düşüb. 31 yaşlı qadın ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Ə.Nəzərlinin müalicəsi hazırda davam etdirilir.

 

Faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO