Bakıda nişanın dəyişməsindən xəbərsiz olan sürücü qəza törətdi

Bakıda nişanın dəyişməsindən xəbərsiz olan sürücü qəza törətdi

Hazırda oxunan: Bakıda nişanın dəyişməsindən xəbərsiz olan sürücü qəza törətdi

202078

Bakının Yasamal rayonunda yol qəzası zamanı bir nəfər xəsarət alıb.

 

Sfera.az xəbər verir ki, hadisə Nəriman Nərimanov prospektində qeydə alınıb.

 

“BMW” markalı avtomobili idarə edən sürücü əks istiqamətdə hərəkətdə olan zaman sükana nəzarəti itirərək maşınını bardürə çırpıb. Qəza zamanı sərnişin xəsarət alıb.

 

Sürücü bildirib ki, o uzun müddətdir Türkiyədə yaşayırdı. Statistika dairəsində yol hərəkəti qaydalarını və nişanlarının dəyişilməsindən məlumatı olmayıb. Buna görə də o, əvvəlki istiqamətdə hərəkət edib.

 

Əraziyə polis əməkdaşları gəlib.

 

Avtotexniki ekspertiza təyin edilib. Deformasiyaya uğrayan avtomobil cərimə meydançasına yerləşdirilib./apa

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO