Bakıda qadın evinə qonaq getdiyi kişini bıçaqladı

Bakıda qadın evinə qonaq getdiyi kişini bıçaqladı

Hazırda oxunan: Bakıda qadın evinə qonaq getdiyi kişini bıçaqladı

199831

Bakıda qadın evinə qonaq getdiyi kişini bıçaqlayıb.

 

Sfera.az xəbər verir ki, hadisə noyabrın 2-si saat 2 radələrində Sabunçu rayonu, Maştağa qəsəbəsində qeydə alınıb.

 

Belə ki, 1974-cü il təvəllüdlü Yelena İvanovna Bukitayeva evinə qonaq getdiyi tanışı, 1973-cü il təvəllüdlü Xəzər Rafi oğlu Hacıyev ilə mübahisə edib. Nəticədə o, X.Hacıyevin qarın nahiyəsindən bir dəfə bıçaq zərbəsi endirib.

 

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

 

Y.Bukitayeva isə şübhəli şəxs qismində saxlanılıb. (Report)

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO