Axşam saatlarında Bakı-Rusiya Federasiyası sərhədi avtomobil yolunda qəza baş verib.
Sfera.az-ın məlumatına görə, hadisə magistralın Şabran rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
Qəza nəticəsində aşan yük avtomobilinin sürücüsü xəsarət alıb və Şabran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırmalar davam edir./apa