İki əmioğlu 200 minlik lotereya uduşuna görə əlbəyaxa davaya çıxdı

İki əmioğlu 200 minlik lotereya uduşuna görə əlbəyaxa davaya çıxdı

Hazırda oxunan: İki əmioğlu 200 minlik lotereya uduşuna görə əlbəyaxa davaya çıxdı

178146
Ağcabədidə iki əmioğlu külli miqdarda lotereya uduşuna görə əlbəyaxa davaya çıxıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Sfera.az-a bildirilib ki, qohumlar arasında məbləğin bölünməsi ilə bağlı yaranmış anlaşmazlığa görə DİN-in 102 Zəng Xidmətinə müraciət edilib. Həmin şəxslər Ağcabədi RPŞ-yə dəvət olunub, onlarla profilaktiki səpkidə söhbətlər aparılıb, problemli məsələnin həll olunması üçün aidiyyəti üzrə yönləndirilib.

Qohumların polis tərəfindən saxlanılması haqda yayılan məlumat həqiqətə uyğun deyil.

Qeyd edək ki, əmioğlular lotereya bileti alaraq 200 min manat mükafat qazanıblar. 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO