DYP əməkdaşlarına görə Ramil Usubova məktub göndərildi...

DYP əməkdaşlarına görə Ramil Usubova məktub göndərildi...

Hazırda oxunan: DYP əməkdaşlarına görə Ramil Usubova məktub göndərildi...

155998
Bu günlərdə Quba rayon sakini, keçmiş Qarabağ döyüşçüsü Xəqani İsmayılovun başına gələn hadisə rayonda müsbət mənada böyük rezonans doğurub. Nəticədə qıcolma ilə müşayət edilən ürək çatışmazlığından əziyyət çəkən yaşyarımlıq Murad ölümdən dönüb. Atası onu həkimə apararkən Bakı-Quba-Rusiya beynəlxalq magistralında balacanın vəziyyəti qəflətən ağırlaşıb, uşaq ölüm həddinədək gəlib-çatıb. Ətrafdakılar Muradın başına toplaşsalar da real heç bir yardım göstərə bilməyiblər. Bu zaman yoldan keçən YPX avtomobili maşını saxlayıb. Uşağın həyatının təhlükədə olduğunu görən DİN BDYPİ YPX Alayının ikinci tağım YPX inspektorları Dəyanət Mirzəbəyov və Aynur Ərəbov bir an fikirləşmədən Muradı xidməti avtomobilə götürərək yüksək sürətlə Quba rayon mərkəzi xəstəxanasına çatdırıblar. Həkimlərin operativ müdaxiləsindən sonra balaca Muradın həyatını xilas etmək mümkün olub.xa0

Muradın atası Xəqani İsmayılov deyir ki, YPX əməkdaşları olmasaydı Murad əldən gedəcəkdi. Çünki hər saniyə böyük rol oynayırdı. “Mən ömrüm boyu Dəyanət Mirzəbəyov və Aynur Ərəbova minnətdaram. İctimaiyyət bilməlidir ki, bizim belə nümunəvi polislərimiz var. Bu barədə Azəbaycan Respublikasının Daxili İşlər naziri cənab Ramil Usubova da təşəkkür məktubu göndərmişəm.”x9d

Dəyanət Mirzəbəyov və Aynur Ərəbovdan baş vermiş hadisə barədə soruşduqda cavabları qısa oldu:xa0

“Sadəcə polis və həm də vətəndaşlıq borcumuzu yerinə yetirmişik. Artıq nə demək olar ki?”x9d

Bəli, artıq heç nə demək olmaz. Dəyanət və Aynur hamıya örnək ola biləcək davranışları ilə - yaşyarımlıq körpəni həyatını xilas etmələrilə insanların polisə olan güvənini daha da artırdılar. Təki bütün polislərimiz belə nümunələr göstərsinlər.




© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO