Gülənlə yaxın olduğu deyilən məktəb direktorunun ifadəsi alınıb

Gülənlə yaxın olduğu deyilən məktəb direktorunun ifadəsi alınıb

Hazırda oxunan: Gülənlə yaxın olduğu deyilən məktəb direktorunun ifadəsi alınıb

145531

İsveçrənin Sürix şəhərində fəaliyyət göstərən məktəblərdən birinin direktoru Fətullah Gülənlə yaxın münasibətdə olduğuna görə polisə aparılıb. Polisə edilən şikayətdən sonra polis bölməsinə aparılan direktorun ifadəsi alınıb.  


Moderator.az xarici mətbuata istinadən xəbər verir ki, 35 şagirdi olan məktəbin direktoru barəsində FETO təşkilatıyla yaxınlığı olduğu iddiası ilə şikayət olunub. Və bu şikayətin əsasında direktoru polis mərkəzinə aparıblar.


Adı açıqlanmayan məktəb direktoru “Biz dünyəvi, müstəqil bir qurum olaraq kanton tədris planı həyata keçiririk. Tək hədəfimiz məktəbimizdəki şagirdlərə keyfiyyətli təhsil verməkdir. Məktəbimizdə 35 şagird var. Bunların böyük bir qismi də isveçrəli vətəndaşların uşaqlarıdır" deyib.

Polis mərkəzində direktorun ifadəsi alındıqdan sonra sərbəst buraxılıb.

 

Zəhra

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO