Bir neçə dəqiqə bundan öncə Badamdar qəsəbəsi, Badamdar şossesində qəza hadisəsi baş verib.xa0
Moderator.az əməkdaşının verdiyi xəbərə görə, şosse ilə hərəkət edən VAZ 21 015 avtomobili dönmə əməliyyatını yerinə yetirən "Azsamand" maşınını vurub. Nəticədə hər iki avtomobilə ciddi ziyan dəyib.xa0


Xoşbəxtlikdən sürücülərin heç biri xəsarət almayıb. Əraziyə gələn DYP əməkdaşları günahın "Azsamand"ın sürücüsündə olduğunu bildiriblər. Belə ki, o, xa0dönən zaman dönmə əməliyyatını düzgün yerinə yetirməyib.
































































































