Bu fərarilik və satqınlıqdır  - Əli Orucov

Bu fərarilik və satqınlıqdır - Əli Orucov

Hazırda oxunan: Bu fərarilik və satqınlıqdır - Əli Orucov

124266
Xəbər verildiyi kimi 25 nəfər Qəbələ sakini əllərində ağ bayraqla işğal altındakı Ağdam rayonuna keçərkən polis onları mühasirəyə alıb. Bildirilir ki, həmin 25 nəfər Nəbiyevlər ailəsinin Qəbələdə onlara qarşı etdiyi haqsızlıqlardan dolayı bu addımı atıblar. Qəbələ rayon icra hakimiyyəti məlum hadisəni təkzib etsə də, Daxili İşlər Nazirliyi faktı təsdiqləyir.xa0

Baş verənlərlə bağlı Moderator.az -a münasibət bildirən AMİP Siyasi Şurasının üzvü Əli Orucov bunu “təxribat”x9d adlandırıb:xa0

“Bu sıradan adi bir xoşagəlməz hadisə deyil. Göründüyü kimi həmin insanlar dövlət hakimiyyət orqanlarından narazı olsalar da, onların bu narazılığından hansısa qüvvələr sui-istifadə edərək, çirikin məqsədlərə xidmətə yönəldib. Mən istisna etmirəm ki, işin içində iqtidardaxili quruplaşmaların əli var. Saraydaxili qruplaşmalar bir-birlərini gözdən salmağa, “vurmağa”x9d hesablanan müxtəlif təxribat əməllərini həyata keçirmələri birinci hal deyil, sonuncu da olmayacaq.xa0
Lakin bununla belə bu xoşagəlməz hadisə iqtidar komandasının ümumi imicinə ən böyük zərbədir. Eyni zamanda Azərbaycandakı vəziyyətin nə qədər rəzil durumda olduğunun, xüsusən də, hüquq-mühafizə orqanlarının özbaşınalığının, qanunsuzluqların və haqsızlıqların baş alıb getməsinin acı mənzərəsidir. Görün insanları nə günə salıblar ki, onlar hər şeyi göz altına alaraq, hətta, düşmənə sığınmaqdan belə çəkinməyiblər. Məncə, Əliyevlər rejiminin əsil simasını və mahiyyətini həm ölkə əhalisi, həm də beynəlxalq ictimaiyyət bir daha çılpaqlığı ilə görmüş oldu”x9d
AMİP Siyasi Şura üzvü erməni tərəfə keçmək istəyən insanları da qınayıb:xa0

“Bu insanlar üçün sığınmaq istəyəcəkləri dövlət yox deyildi. 200-ə yaxın dövlət BMT-nin üzvüdür. Onlardan birini seçə bilərdilər. Düşməndən imdad diləməyin heç cür izahı ola bilməz. Onların bu addımları haqsızllığa, hansısa məmura qarşı üsyan deyil, məqsədli şəkildə Azərbaycanı və xaqlını aşağılamaq, düşmən qarşısında təqir etməkdir. Bu fərarilik və satqınlıqdır. Güya Ermənistanda haqq ədalət var? Yaxud da bunları güllə-çiçəklə qarşılayacaqdılar?Düşümürdülər ki, ermənilər onları nə günə salardı və Azərbaycana hisslərlə atılan bu addımım bədələni çox ağır ödətdirərdilər? ”x9d
Əli Orucov bu məlumatı yayan bəzi KİV-lərə də iradını bildirib: “Bu cür rəzaləti tirajlayan bəzi KİV-lər çox təəssüf olsun ki, Ağdamı, işğal altında olan ərazilərimizi Ermənistan kimi təqdim ediblər. Bunun günahını da yenə iqtidarın ayağına yazmaq lazımdır. Çünki bizlərı işğal altında qalan torpaqlardan nə qədər çox zaman ayırsa və xa0vətənpərvərlik təbliğatı aparmasa gənc nəsil Dağlıq Qarabağı və ətraf rayonları Ermənistan kimi anlayacaqlar. Bu isə Millətə, Xalqa, Dövlətə ən böyük xəyanətdir”x9d
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO