Cəlilabad rayonunun Gülməmmədli kəndində intihar hadisəsi baş verib.
Moderator.azxa0xa0report-a istinadən bildirir ki, kənd sakini 11 yaşlı Sabir Nuri özünü yaşadığı evin həyətindəki ağacdan asıb.
Faktla bağlı araşdırma aparılır.
***
Moderator.az xəbər verir ki, hüquq-mühafizə orqanlarından Anspress-ə verilən məlumata görə, kənd sakini 2005-ci il təvəllüdlü Sabir Nuri Səlim oğlu özünü yaşadığı evin həyətindəki tövlədən asaraq intihar edib.
İlkin ehtimala görə, uşaq ailə üzvlərinin sözündən küsdüyü üçün belə bir addım atıb. Belə ki, ona hadisə baş verən gün ailə üzvləri tərəfindən televizora çox baxması barədə irad tutulub. Orta məktəb şagirdinin tövlədə asılmış meyitini ailə üzvləri aşkar ediblər. Hazırda hadisə yerində araşdırmalar aparılır.
Məlumata görə, intihar edən Sabir Nuri ailənin tək oğlan uşağı olub. Onun 3 bacısı var. Nurinin atasının kənd məktəbində müəllim, babasının isə xəstəxanada həkim işlədiyi bildirilir.
Faktla bağlı Cəlilabad rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.


































































































