Samuxda dəm qazından zəhərlənmə hadisəsi baş verib. Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasından xa0verilən məlumata görə, hadisə bu gün saat 15 radələrində Nəbiağalı qəsəbəsində qeydə alınıb.
Qəsəbə sakinləri 1984-cü il təvəllüdlü Sofiya Vahid qızı Vəliyeva və 1980-cı il təvəllüdlü Aygün Rafiq qızı Vəliyeva dəm qazından zəhərlənmə diaqnozu ilə xəstəxanaya çatdırılıb. Xəstəxanada tibbi yardım göstərilən qadınlar tibbi müəsisəsinin reanimasiya şöbəsinə yerləşdirilib.
Hazırda onların vəziyyəti ağırdır.
Zəhərlənən qadınlar əmiqızıdırlar.(ans)
































































































