xa0Azərbaycanın Milli Qəhrəmanı, mayor Hüseynov Elman Süleyman oğlunun ölümündən 23 il keçir. Şəhid zabitimiz 1993-cü ilin 15 yanvarında vətən uğrunda həlak olub.
Azərbaycanın Milli Qəhrəmanı, mayor xa0Hüseynov Elman Süleyman oğlu 28 fevral 1952-ci ildə Tərtər rayonunun Azadqaraqoyunlu kəndində anadan olmuşdur. 1958-1968-ci illərdə Azadqaraqoyunlu kənd orta məktəbində orta təhsil almışdır. 1968- 1973-cü illərdə Azərbaycan Politexnik İnstiutunda mühəndis ixtisası üzrə ali təhsil almışdır.1973-1975-ci illərdə Gürcüstanın Axalkalaki şəhərində leytenant, baş leytenant rütbəsində zabit kimi xidmət etmişdir. 1980-1982-ci illərdə Bakı Ali Partiya Məktəbində təhsil almışdır.1982-1985-ci illərdə Tərtər rayon Xalq Nəzarəti Komitəsinin sədri, 1985-1988-ci illərdə Tərtər rayon Xalq Deputatları İcraiyyə Komitəsi sədrinin müavini, rayon Partiya Komitəsində məsul vəzifələrdə çalışmışdır. Dövlət idarəetmə orqanlarında mühüm vəzifədə işləməsinə baxmayaraq, Qarabağda baş verən hadilələrlə bağlı xa01991-ci ildə könüllü olaraq Tərtərin müdafiəsi üçün tabor xa0yaradılması ilə bağlı Müdafiə Nazirliyinə müraciət etmiş, 1991-ci ilin sentyabrında xa0Tərtər özünü müdafiə qərərgahının xa0rəisi təyin olunmuşdur. 12 noyabr 1991-ci ildə xa0Müdafiə Nazirinin müvafiq xa0əmri ilə təşkilatçılığı ilə yaradılan Tərtər ərazi özünü müdafiə batalyonunun komandiri təyin olunmuşdur. Qısa zaman ərzində Tərtər rayonunun və ətraf sərhəd kəndlərinin müdafiəsi üzrə mühüm strateji postların yaradılmasını təşkil edir.Sonralar xa0 Ağdərə rayonunun və ətraf yaşayış məntəqələrinin düşməndən azad olunmasında fəal iştirakı, Şəxsi şücaəti və rəhbərliyi altında keçirilmiş uğurlu döyüş əməliyyatları nəticəsində düşmənin xeyli canlı qüvvəsi və texnikası məhv edilir. Döyüşlərdə iki dəfə yaralanmışdır.xa0
1993-cü il yanvarın 15-də Vəng yüksəkliyi uğrunda gedən döyüşdə qəhrəmancasına şəhid olmuşdur. 1995-ci il yanvarın 15-də ölkə prezidentinin 262 saylı fərmanı ilə “Respublikamızın ərzi bütövlüyü və suverenliyinin qorunmasında,vətənimizin torpaqlarının erməni işğalçılarından müdafiə edilməsində gedən döyüşlərdə qəhrəmanlıqla vuruşaraq göstərdiyi igidlik və şəxsi şücaətə,öz müqəddəs və xidməti borcunu şərəflə yerinə yetirilməsindəki misilsiz xidmətlərinə görə”x9d mayor Hüseynov Elman Süleyman oğlu ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı”x9dadına layiq görülmüşdür.xa0
Tərtər rayonunun Qaraqoyunlu kəndində dəfn edilib, adına Tərtər rayonunda və Bakı şəhəri Xəzər rayonunda küçə əbədiləşdirilib. Tərtər şəhərində xa0qəhrəmanın büstü ucaldılıb. Evli idi. Üç övladı var.xa0































































































