Azərbaycanda 14 yaşlı məktəbli qız qaçırıldı

Azərbaycanda 14 yaşlı məktəbli qız qaçırıldı

Hazırda oxunan: Azərbaycanda 14 yaşlı məktəbli qız qaçırıldı

108632
Moderator.az  report-a istinadən xəbər verir ki, hadisə rayonun Şənlik kəndində baş verib.

Belə ki, 2001-ci il təvəllüdlü Rasta Səfərova həmkəndlisi 23 yaşlı Sadiq Rasim oğlu Fərzəliyev tərəfindən evlənmək məqsədilə zorla qaçırılıb. Rayon polis şöbəsindən verilən məlumata görə, hadisə günorta saatlarında Şənlik kənd orta məktəbin yaxınlığında baş verib.

Kənd sakini Sadiq Fərzəliyev əvvəlcədən planlaşdırlmış şəkildə yaxın dostları Bəhruz Abdullayev, Samir Kazımov və Namiq Əhmədovla əlbir olaraq Rasta Səfərova məktəbdən çıxıb evə gedərkən zorla azyaşlı qızı avtomobilə mindirərək qacırıblar. VII sinif şagirdi olan Rasta Səfərova Ağdam rayonuna aparılıb.

Hadisədən xəbər tutan qızın valideynləri dərhal polisə məlumat veriblər. Rayon polis şöbəsinin əməkdaşlarının həyata keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində cinayəti törədən şəxlər həbs edilib,14 yaşlı qız isə valideynlərinə təhvil verilib.

Faktla bağlı Ağdam Rayon Polis Şöbəsinin İstintaq bölməsində Cinayət Məcəlləsinin 144.3.4 maddəsilə cinayət işi başlanıb istintaq aparılır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO