Meksikada suya tullanan balina turistlərin qayığına çırpıldı: Yaralananlar var - VİDEO

Meksikada suya tullanan balina turistlərin qayığına çırpıldı: Yaralananlar var - VİDEO

Hazırda oxunan: Meksikada suya tullanan balina turistlərin qayığına çırpıldı: Yaralananlar var - VİDEO

74735

Meksikada balina sudan tullanaraq turistlərin olduğu qayığa çırpılıb.  

Bizim.Media “Daily Mail”ə istinadən xəbər verir ki, hadisə Meksikanın Sinaloa əyalətində yerləşən Topolobampo körfəzində baş verib. 

Belə ki, "Pechocho" adı ilə tanınan balina turist qayıqlarının yanına sıçrayaraq onlardan birinə çırpılıb.
Hadisə nəticəsində qayığa ziyan dəyib və içərisində olan iki nəfər yaralanıb. Ətrafdakı qayıqlarda olan digər turistlər xəsarət alanların köməyinə gəliblər.  

“Línea Directa Portal” online qəzetinin məlumatına görə, keçmiş Ahome məclis üzvü Cesus Valdez qabırğa sınığı və yüngül kəllə-beyin travması alıb və adı açıqlanmayan gənc qadına ayaq sınığı diaqnozu qoyulub. 

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO